Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2023 00:33
Yəqin ki, bir çoxlarınız çay və ya qəhvə hazırlamaq üçün suyu çaydana töküb qaynamağa qoymusunuz və telefon zəngi, sevimli serial, ailə üzvlərindən kiminsə sizi çağırması və s. bu kimi səbəblərdən çay içməyi unutmusunuz.
Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, mətbəxə qayıtdıqda çaydandakı suyun artıq soyuduğunu görüb onu yenidən isitmisiniz. Lakin suyun təkrarən isidilməsinin sağlamlığa nə qədər ziyanlı olduğunu bilirdinizmi?
Belə ki, qaynadıqdan sonra suyun tərkibi dəyişir, zərərli maddələr buxarlanır və su içmək üçün təhlükəsiz olur. Ancaq su uzun müddət qaynadıqda və ya təkrarən isidildikdə onun tərkibindəki kimyəvi maddələr buxarlanmaq əvəzinə yenidən yığılmağa başlayır.
1. Mərgümüş (Мышьяк)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iddia edir ki, mərgümüş suyun tərkibində olduqda əhalinin sağlamlığı üçün daha çox təhlükə yaradır. Mərgümüş orqanizmdə tədricən yığılaraq mədə-bağırsaq traktı xəstəlikləri, periferik nevropatiya, ürək-damar sistemi xəstəlikləri, böyrək çatışmazlığı, dəri zədələnmələri, diabet və hətta xərçəng kimi xəstəliklərə gətirib çıxara bilər.
2. Nitratlar
Nitratlar yalnız torpaqda deyil, suda və hətta havada belə mövcuddur. Su yüksək temperatura məruz qaldıqda nitratlar kanserogen nitrozaminlərə çevrilir ki, bu maddələr də yumurtalıq xərçəngi, yoğun bağırsaq, sidik kisəsi, mədəaltı vəz, qida və mədə xərçəngi kimi xərçəng növlərini əmələ gəlməsinə səbəb ola bilər.
3. Flüor
Suyun tərkibində olan flüorun insan sağlamlığı üçün təhlükə yaratdığı faktı artıq təsdiqlənib. Elmi-tibbi jurnallardan birində içməli suda olan flüorun uşaqlarda IQ səviyyəsinin düşməsinə səbəb olduğunu təsdiq edən araşdırmanın nəticələri dərc olunub. 2013-cü ildə aparılan araşdırmalar isə flüorun dişi siçanlarda doğuş qabiliyyətini azaltdığını göstərib.
Beləliklə, su təkcə arıqlamağa xidmət etmir, eyni zamanda düzgün istifadə olunmadıqda orqanizmə zərər verə bilər.