Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu musiqiyə qulaq asmaq cinsi pozulma yaradır

Bu musiqiyə qulaq asmaq cinsi pozulma yaradır

Tarix: 21 Sentyabr 2023 03:45

Rep musiqisi dinləmək yeniyetmələri cinsi əlaqəyə erkən başlamağa təşviq edə bilər. Bu nəticəyə Texas Universitetinin alimləri gəlib.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, amerikalı alimlər rep kompozisiyalarında cinsi məzmunlu sözlərin bütün digər janrlara nisbətən daha çox olduğunu əsas gətirir. Buna görə də rep dinləmək yeniyetmələrdə cinsi fəaliyyətin erkən başlamasına gətirib çıxarır ki, bu da erkən cinsi infeksiyalar və yeniyetmə hamiləlik hallarınının artması ilə nəticələnir.
Onlar hər gün 3 saatdan çox rep dinləməyin orta məktəb şagirdlərinin şəxsi və intim həyatla bağlı inanclarında dəyişiklik yaratdığını sübut ediblər. Bu inam cinsi fəaliyyətin erkən başlamasına sövq edir.
Hyustonda yaşayan 443 gəncin müşahidəsi zamanı alimlər məktəblilərin rep musiqisini nə qədər dinlədiklərini və yaşıdlarının şəxsi həyatı haqqında nə düşündüklərini qiymətləndirə biliblər.
Eyni şagirdlər 9-cu sinifə çatdıqda, tədqiqatçılar onlarla yenidən görüşüb, bu dəfə tədqiqatçılar yeniyetmələrin cinsi əlaqəyə girib-başlamadıqları ilə maraqlanıblar.

Yeddinci sinifdə gündə üç və ya daha çox saat rep musiqisi dinləyən yeniyetmələrin iki ildən sonra cinsi əlaqədə olma ehtimalının 2,6 dəfə artdığı müəyyən edilib.


Etiketlər:  musiqiyə qulaq asmaq cinsi pozulma yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ