Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

Məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu

Tarix: 21 Sentyabr 2023 14:34

Rusiyanın paytaxtı Moskvada KIA şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti, koreyalı Sanq Qvon Conq qarət edilib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, cinayətkar yanğın pilləkənləri ilə şirkətin mərkəzi ofisinə daxil olub.

Oğru "Light House" biznes mərkəzinə girərək birbaşa Cənubi Koreya şirkətinin Rusiya bölməsi rəhbərinin 9-cu mərtəbədəki ofisinə doğru gedib. O, yanğın pilləkənlərinin qapısını açıb və şirkət rəhbərinin şkafında əlinə keçən bütün pulları götürüb. Lakin tapdığı pullar elə də çox olmayıb - cəmi 500 dollar.

Qeyd edək ki, 52 yaşlı Sanq Qvon Conq KIA korporasiyasının vitse-prezidenti və Avropa qrupunun rəhbəridir. O, KIA şirkətinin Rusiya və MBD üzrə prezidenti vəzifəsinə təyin edilib və avtomobil brendinin regional baş qərargahının Moskva ofisində vəzifəsinə başlayıb.


Etiketlər:  Məşhur avtomobil şirkətinin rəhbəri qarət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ