Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Konqresi Zelenskini dinləməyəcək

ABŞ Konqresi Zelenskini dinləməyəcək

Tarix: 21 Sentyabr 2023 20:00

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Ukrayna lideri Volodimir Zelenskinin ABŞ parlamentinin birgə iclasında çıxış etmək istəyini rədd etdiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "NBC News" məlumat yayıb.

Onun sözlərinə görə, məşğul qanunvericilik həftəsini nəzərə alsaq, bunun üçün vaxt yoxdur.

Makkarti Zelenskinin artıq qanunvericilərlə görüşdüyünü xatırladıb. O əlavə edib ki, Ukrayna lideri Böyük Britaniya və İtaliya hökumət başçılarının 2023-cü ildə səfəri zamanı eyni şəkildə qarşılanıb.

Milli.Az


Etiketlər:  ABŞ Konqresi Zelenskini dinləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ