Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''a qələbə gətirən qol - VİDEO

''Qarabağ''a qələbə gətirən qol - VİDEO

Tarix: 21 Sentyabr 2023 23:46

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

Milli.Az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu "Molde"yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. "Qarabağ" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az


Etiketlər:  Qarabağa qələbə gətirən VİDEO


RƏYLƏR