Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayramovun BMT-də nümayiş etdirdiyi FOTOLARDA NƏ ƏKS OLUNUB?

Bayramovun BMT-də nümayiş etdirdiyi FOTOLARDA NƏ ƏKS OLUNUB?

Tarix: 22 Sentyabr 2023 07:54

Azərbaycan lokal antiterror tədbirlərinə başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. Mülki şəxslər və obyektlər hədəfdə olmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri XİN başçısı Ceyhun Bayramov BMT TŞ-nin Qarabağ üzrə təşkil edilən iclasında çıxışı zamanı bildirib.

"Erməni separatçılar texnikaları qəsdən yaşayış məntəqələrinə yaxın yerlərə məsuliyyətsizcə yerləşdirmişdi. Videolardan və fotolardan görə bilərsiniz ki, bəzi hərbi hədəflər hətta mülki əhaliyə ziyan gələcək deyə, məhv edilməyib", - nazir bildirib.

C.Bayramov erməni silahlı qruplaşmaların son aylarda qazdığı səngərləri, minadan təmizlənmiş ərazilərin yenidən minaladığını, cəmləşdirdiyi hərbi texnikalarını və digər əməllərini fotolarla iclas iştirakçılarına təqdim edib.

Milli.Az


Etiketlər:  Bayramovun BMT nümayiş etdirdiyi FOTOLARDA ƏKS OLUNUB


RƏYLƏR