Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tibbi arayış niyə ödənişlidir? - VİDEO

Tibbi arayış niyə ödənişlidir? - VİDEO

Tarix: 26 Sentyabr 2023 12:58

Tibbi arayışların ödənişli olması ən çox müzakirə olunan mövzulardandır. Hansı ki, bu sənədə görə təyin edilən rüsum nə az, nə çox 40 manat 12 qəpikdir.

Vətəndaşların narazılıqları isə səbəbsiz deyil. Çünki, bəzilərinə bu cür arayışlar tez-tez lazım olur. Həmin sənəd isə yalnız bir yerə təqdim etmək üçün verilir. Yəni arayışı bir neçə dəfə alan şəxs hər dəfə sözügedən məbləği ödəməli olur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, vətəndaşları düşündürən əsas məsələ dövlət xəstəxanalarında səhiyyə xidmətləri pulsuz olduğu halda, tibbi arayışların ödənişli olmasıdır.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyir ki, sözügedən rüsumun vətəndaşlar tərəfindən yox, hansısa qurum və ya dövlət hesabına qarşılanması daha məqsədəuyğundur. 

Rəşad Mahmudovun qənaətinə görə, sağlamlıq arayışının icbari tibbi sığortanın xidmətlər zərfində olmaması hüquqi cəhətdən doğrudur. Çünki bu, sağlam insanlara verilən sənəddir. Ancaq məsələdə beynəlxalq təcrübədən də yararlanmaq mümkündür.

Millət Vəkili vurğulayır ki, xüsusi tələb yoxdursa, sənəddin qüvvədə qalma müddətini 30 günlük yox, daha uzun müddətli etmək olar. Habelə, 1 sənədin bir neçə yerə təqdim edilməsi üçün də imkan yaradılmalıdır.

TƏBİB-in departament rəhbəri Zamirə Ədilova isə deyir ki, sağlamlıq haqqında arayışın alınması tibbi göstəriş yox, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Amma sosial layihə çərçivəsində bəzi arayışlar sığorta paketinə daxildir.

Zamirə Ədilova əlavə edib ki, tibbi arayışın verilməsi qaydaları Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Tibbi arayış niyə ödənişlidir VİDEO


RƏYLƏR