Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xocalıda daha bir silah-sursat anbarı aşkarlandı - VİDEO

Xocalıda daha bir silah-sursat anbarı aşkarlandı - VİDEO

Tarix: 26 Sentyabr 2023 20:09

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.

Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN )məlumat yayıb.

Məlumata görə, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib: "Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib."

Qeyd olunub ki, ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Xocalıda daha bir silah sursat anbarı aşkarlandı VİDEO


RƏYLƏR