Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 11:24
"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə liqa kubokunda 1/4 final matçlarının vaxtının dəyişdirilməyini istəyir.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə o, "Arsenal"a penaltilər seriyasında qalib gəldikləri oyundan sonra deyib. Alman mütəxəssis bildirib ki, yanvar ayında klublararası dünya çempionatında iştirak edəcəkləri üçün kubokun görüşünün vaxtı dəyişdirilməlidir. O, əks təqdirdə, görüşə çıxmayacaqlarını vurğulayıb:
"Bu problemin qurbanı biz olmayacağıq. FİFA bizim üçün klublararası dünya kubokunun oynanılacağı tarixi və yeri seçib. Premyer Liqada da matç oynamağımızı istəyirlər. İndi nə edəcəyik? Bir komandanın bütün turnirlərdə oynamasının qarşısını alacaq təqvim hazırlayırsınızsa, bunu dəyişmək məcburiyyətindəsiniz. "Arsenal"la görüşdə qələbə qazanmaq istəyirdik və buna nail olduq. Ancaq vaxt dəyişməsə, ya rəqibimiz növbəti mərhələyə yüskələcək, ya da "Arsenal" bizim yerimizə oynayar".