Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirəyə çıxarıb

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirəyə çıxarıb

Tarix: 3 Oktyabr 2023 12:27

Ermənistan parlamentinin oktyabrın 3-də keçirilən iclasında Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu müzakirəyə çıxarılıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, "Ermənistan" və "Mənim şərəfim" müxalifət fraksiyaları müzakirələrdə iştirak etmirlər.

"Ermənistan" fraksiyasının katibi Artsvik Minasyan parlamentin iclası başlamamışdan əvvəl deyib ki, məsələnin parlamentin gündəliyinə salınması Ermənistan Konstitusiyasına zidddir.

Hazırda iclasda fasilə elan olunub.

Qeyd edək ki, Ermənistanda Roma statutu təsdiqlənəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır.

Rusiya XİN bəyan edib ki, Ermənistanın Roma Statutunu ratifikasiya etməsi ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq.

Nazirlikdən qeyd edilib ki, İrəvanın Roma Statutunu ratifikasiya etməsindən sonra V.Putinin Ermənistana səfərini təsəvvür etmək çətin olacaq.

Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirib.


Etiketlər:  Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasını müzakirəyə çıxarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ