Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bunu anlaya bilmirik - Ərdoğan

Bunu anlaya bilmirik - Ərdoğan

Tarix: 3 Oktyabr 2023 17:30

Terroristlərə tolerant münasibət göstərənləri anlaya bilmirik.

Milli.Az TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dəlillərlə dolu qovluqlara baxmayaraq, terror liderlərinə qarşı heç bir addım atılmadığını özümüzə və millətimizə izah edə bilmərik. Qanuni yollar əvəzinə, qeyri-qanuni yollara əl atanlar, millətin həyatına, malına, əmin-amanlığına təhdid göstərənlər, ölkəmizin yaşaması üçün təhlükə yaradanlar öz ehtiyatsızlıqlarına görə məhkəmə qarşısında cavab verməlidirlər. Minlərlə övladını terrora qurban vermiş bir xalq olaraq əli qanlı qatillərə göstərilən tolerant münasibəti əsla anlaya bilmirik",- deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin təhlükəsizlik qüvvələri bütün ölkə ərazisində "Kahramanlar" kod adı ilə miqyaslı antiterror əməliyyatına başlayıb.

Məlumat üçün bildirək ki, Türkiyə ərazisində miqyaslı antiterror əməliyyatları, PKK qruplaşmasının 1 oktyabr tarixində Ankarada Daxili İşlər Nazirliyinin binası qarşısında törətdiyi partlayışdan sonra başlayıb.

Milli.Az


Etiketlər:  Bunu anlaya bilmirik Ərdoğan


RƏYLƏR