Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naməlum şəxs qadınları girov götürüb, xəsarət alan var

Naməlum şəxs qadınları girov götürüb, xəsarət alan var

Tarix: 3 Oktyabr 2023 22:42

Bolqarıstanda naməlum şəxs iki qadını girov götürüb, həmçinin bir nəfəri yaralayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə yerli BTV telekanalında bildirilib.

Silahlı cinayətkar onları Sandanski şəhəri yaxınlığındakı evin zirzəmisində girov saxlayır. Yerli administrasiya rəhbərinin ilkin məlumatlarına görə, buna səbəb məişət münaqişəsi olub, hadisə zamanı bir nəfər güllə yarası alıb.

Hücum edən şəxs evdə barrikada qurub. Hazırda hadisə yeri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb, yaralı xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  Naməlum şəxs qadınları girov götürüb xəsarət alan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ