Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçildi

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçildi

Tarix: 5 Oktyabr 2023 13:21

Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan barəsində həbs qətimkan tədbiri seçilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Qarabağdakı separatçıların keçmiş "prezident"ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-20), "Daşnaksütyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin verdiyi təqdimatlara baxılıb.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə Arkadi Qukasyan barəsində təqdimat təmin olunub və onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Bako Saakyan və David İşxanyan barəsində isə təqdimatlara məhkəmənin hakimi Azər Tağıyevin sədrliyi ilə baxılıb. Həmin şəxslər barəsində də təqdimatlar təmin edilib və dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər üç şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya gətirilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham verilib.


Etiketlər:  Bako Saakyan Arkadi Qukasyan David İşxanyan barəsində həbs qətimkan tədbiri seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ