Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suriyada Türkiyənin bazasına hücum olub, yaralılar var

Suriyada Türkiyənin bazasına hücum olub, yaralılar var

Tarix: 6 Oktyabr 2023 00:48

Suriyanın PKK/YPG təşkilatının nəzarətindəki Tel-Rıfatın ətrafından terrorçular tərəfindən axşam saatlarında Dabık bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin (TSQ) yerləşdiyi əraziyə reaktiv yaylım atəş sistemi vasitəsilə hücum edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

Bildirilib ki, hadisədə 5 özəl hərəkat polisi və 3 hərbçi yaralanıb. Yaralılar Türkiyənin Qaziantep və Kilis şəhərlərinə təxliyə olunublar.

TSQ terrorçuları haubitsa və raket buraxıcı qurğularla cavab atəşinə tutub.

Milli.Az


Etiketlər:  Suriyada Türkiyənin bazasına hücum olub yaralılar var


RƏYLƏR