Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qardaşların inanılmaz DƏLƏDUZLUĞU: 8 il ərzində saxta məhsulları...

Qardaşların inanılmaz DƏLƏDUZLUĞU: 8 il ərzində saxta məhsulları...

Tarix: 6 Oktyabr 2023 08:00

ABŞ-ın San Dieqo şəhərində iki qardaş "Apple" şirkətinin saxta məhsullarını qüsurlu olduqlarını bəhanə edərək həqiqi məhsullarla əvəz ediblər. 8 il ərzində 10 min saxta "Apple" məhsulunu dəyişdirə bilən qardaşlar nəhayət yaxalanıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Zhimin və Zhiting Liao Çindən iPhone və iPad idxal etdiklərinə və Kanadadakı "Apple" mağazalarında saxta məhsulların ticarətinə görə hər biri 41 ay həbs edilib. Prokurorlar bildirib ki, Zhimin Liao 22 ştatda 105 "Apple" mağazasına baş çəkib və təxminən 720 saxta iPhone və iPad alqı-satqısına cəhd edib.

Bu dələduzluq "Apple"ın ümumilikdə təxminən 6,1 milyon dollar itkisinə səbəb oldu.

Milli.Az


Etiketlər:  Qardaşların inanılmaz DƏLƏDUZLUĞU 8 il ərzində saxta məhsulları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ