Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə hicab və niqab qadağan edilə bilər

Bu ölkədə hicab və niqab qadağan edilə bilər

Tarix: 6 Oktyabr 2023 17:18

Qazaxıstanda qadınların hicab və niqab geyinməsi qadağan edilə bilər.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib.

Onun sözlərinə görə, üzün bağlı olması şəxsiyyətin müəyyənləşdirilməsinə mane olur: "Biz bu normaları ən azından ictimai yerlər üçün araşdırıb təklif edəcəyik. Bunu mən dünya təcrübəsində də görürəm. Çünki bu artıq təhlükəsizlik məsələsidir".

Bununla yanaşı, A.Balayeva qadağanın sadəcə ictimai yerlər üçün keçərli olduğunu və nazirliyin bu qanunun sərtləşdirilməsi istiqamətdə işləri gücləndirəcəyini deyib.

O, həmçinin qeyd edib ki, hazırda Qazaxıstan terrorizm və dini ekstremizlə mübarizə aparır.

Xatırladaq ki, bundan əvvəl Özbəkistan parlamentində ictimai asayişin qorunmasına dəstək məqsədilə üzü bağlayan geyimlərin qadağan edilməsi haqqında qanuna dəyişikliklər edilib.


Etiketlər:  ölkədə hicab niqab qadağan edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ