Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Oktyabr 2023 20:54
Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2616 nəfərə çatıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi bildirib.
"Səhiyyə Nazirliyi 2616 yaralının olduğunu, onlardan ən azı 357-nin vəziyyətinin ağır olduğunu bildirir", - deyə naziriliyin rəsmi "Telegram" kanalında dərc edilmiş hesabatda deyilir.
Bildirilir ki, son bir neçə saat ərzində ən azı 578 nəfər xəstəxanalara müraciət edib. Onlardan 157 nəfərin vəziyyəti kritik qiymətləndirilir.