Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS-ın daha bir “əl işi”: Bütöv kənddə heç kim sağ buraxılmayıb

HƏMAS-ın daha bir “əl işi”: Bütöv kənddə heç kim sağ buraxılmayıb

Tarix: 10 Oktyabr 2023 22:10

İsrailin cənubunda yerləşən Kfar-Azah yaşayış məntəqəsindən 200 sakinin cəsədi tapılıb. İ124 kanalının yaydığı məlumata əsasən İsrail ordusu tərəfindən HƏMAS yaraqlılarından azad edilən kəndə jurnalistləri buraxıblar.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları meyitləri evlərdən çıxarmağa davam edir, ona görə də qurbanların sayı arta bilər. Mənbənin məlumatına görə, ölənlər arasında körpələr də daxil olmaqla 40-a yaxın uşaq var. HƏMAS yaraqlılarının icmaya hücumu zamanı bir çox sakinlərin evlərini tərk etməyə vaxtı olmayıb.

Yollarda olan bütün avtomobillərin yandığı, bəzi evlərin də yanğından zərər çəkdiyi bildirilir. Jurnalistlərin sözlərinə görə, minalanmış ola biləcək HƏMAS maşınları da kənddə qalıb.


Etiketlər:  HƏMAS daha işi Bütöv kənddə heç sağ buraxılmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ