Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ovannisyandan Paşinyan haqda sensasion sözlər

Ovannisyandan Paşinyan haqda sensasion sözlər

Tarix: 11 Oktyabr 2023 14:34

"Qarabağın təslim olmasından sonra Nikol sakit şəkildə müsahibələr verir, ağlına gələn hər şeyi, hər cür cəfəngiyyatı danışır".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Alternativ layihələr" qrupunun həmtəsisçisi Vahe Ovannisyan öz məqaləsində yazıb.

"Bu, niyə belədir? Çünki qarşısında sadəcə bir boşluq var. Bir adam bütöv bir xalqı səssiz, gücsüz bir sürüyə çevirib. Nikol alternativsiz oynayır, istədiyini edir, ağlına gələni deyir, reallıq və nəticələr onun vecinə deyil. Nəticə isə, bir qayda olaraq, qurban və torpaq itkisidir. Çünki onun qarşısında ciddi sistem yoxdur - müxalifət, lider, mütəşəkkil cəmiyyət, mütərəqqi ziyalılar, qürurla qaynayan gənclik. Əksinə, şəxsi mənfəət və mülkiyyət naminə biganəlik və susqunluq hökm sürür", - deyə Ovannisyan qeyd edib.

Milli.Az


Etiketlər:  Ovannisyandan Paşinyan haqda sensasion sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ