Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə etdi

Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə etdi

Tarix: 12 Oktyabr 2023 09:20

ABŞ Prezidenti Cozef Bayden və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığında Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.

Prezidentlər Yaxın Şərqdəki son hadisələri, regional təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edən zorakılığın qarşısını almaq səylərini nəzərdən keçiriblər.

Hər iki tərəf mülki əhalinin müdafiəsinə təcili üstünlük verilməsinin və Qəzza zolağına humanitar yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlərin açılmasının vacibliyini vurğulayıb. ABŞ və BƏƏ prezidentləri dözümlülük və gərginliyin dərhal azaldılmasına çağırışda beynəlxalq koordinasiyanın vacibliyini vurğulayıblar. Hər iki lider Yaxın Şərqdə sülh, sabitlik və təhlükəsizliyə nail olmaq üçün siyasi perspektivləri genişləndirmək üçün çalışmağın zəruriliyini qeyd ediblər.

Söhbət zamanı BƏƏ ilə ABŞ-ın sıx strateji tərəfdaşlıq və dostluq münasibətləri, həmçinin ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Milli.Az


Etiketlər:  Bayden BƏƏ lideri ilə Yaxın Şərqdəki son hadisələri müzakirə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ