Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS girov qadını və 2 uşağı azad etdi - VİDEO

HƏMAS girov qadını və 2 uşağı azad etdi - VİDEO

Tarix: 12 Oktyabr 2023 13:20

HƏMAS-ın "Əl-Qəssam briqada"sı iki uşaqla əsir israilli qadının azad edildiyini əks etdirən video yayıb. İsrail hakimiyyəti bu məlumatı şərh etməyib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Videoda uzaqdan çəkilmiş qeyri-müəyyən kadrlarda körpəsi və azyaşlı uşağı olan qadın, həmçinin HƏMAS silahlısı görünür. Qadın və uşaqlar açıq ərazidə, Qəzza divarının yanındadır.

"Əl-Cəzirə" kanalı bu hasarın İsraillə Qəzza zolağı arasındakı sərhəd olduğuna diqqət çəkir.

"Yerusəlim Post" isə yazır ki, qadın və uşaqlar oktyabrın 7-də şənbə günü azad ediliblər. Azadlığa çıxan qadın israilli Avital Alajemdir, o, azadlığa buraxılan 4 yaşlı Negev və 6 aylıq Aşenin anası deyil. Uşaqların anası Qəzza zolağında girovluqdadır.


Etiketlər:  HƏMAS girov qadını uşağı azad etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ