Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər yeməkdən əvvəl isti su içməyin faydası

Hər yeməkdən əvvəl isti su içməyin faydası

Tarix: 14 Oktyabr 2023 19:42

Ayurveda qədim hind və Çin təbabəti mənbələrində hər yeməkdən öncə isti su (qaynar yox) içmək barədə yazılıb.

Hazırda da bir çox dietoloqlar bu məsləhəti verir.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hər yeməkdən sonra isti su içməyin ödqovucu təsir etdiyini, ödü aktivləşdirib həzmə kömək edir.

Bir şərtlə ki, öd kisəsində daşlar olmasın.

İsti su öd kisəsi, qaraciyər, nazik bağırsaqda sfinkterləri açır, rahatladır.

Bu metodun faydaları:

- Öd şirəsi qaraciyərə toksinləri atmağa kömək edir. Öd kisəsi müxtəlif səbəblərdən spazmlı olanda, tutulanda qaraciyər yüklənir. İnsanda allergiya, dermatit, sarımsaq və soğana qarşı kəskin reaksiya əmələ gəlir. Sizdə bu simptomlar varsa, deməli, ödünüz yetəri qədər deyil.

- Öd insanı parazit, miktob, qurdlardan qoruyur. Öd kifayət qədər olmadıqda, onlar mədədən bağırsağa keçir.

- Öd ağır yağlı yeməklərdə yağ və zülalı həll edir. Əgər yağlı yeməkdən sonra halınız yaxşı deyilsə, deməli öddə problem var.

- Öd göbələk və kandida ilə mübarizə aparır.

Ona görə mütləq ödü aktivləşdirmək lazımdır. Suyun hərarəti 42-45 dərəcə olmalıdır. Çox qaynar, boğazı, qida borusunu yandıran su olmamalıdır. Soyuq su içdikdə öd, qaraciyər daha da spazmlaşır və əksinə, öd daha da az çıxır.


Etiketlər:  Hər yeməkdən əvvəl isti içməyin faydası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ