Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 03:33
Amerikalı farmakoloq Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını göstərən qeyri-adi simptomları sadalayıb.
Sonxeber.net bildirir ki, mütəxəssisin sözlərinə görə, bunlara xüsusən də sızanaqlar, aritmiyalar, yüksək qan təzyiqi və göz yaşının axması daxildir.
Eyni zamanda, D vitamini çatışmazlığı özünü yorğunluq, əzələ zəifliyi, bağırsaqda qıcıqlanma, şişkinlik, quru keratokonyunktivit ilə də göstərir.
Həmçinin, qan şəkərinin yüksək olması, dərinin tez-tez səpməsi, sidik ifrazı problemləri, kəpək və pis əhval-ruhiyyə vitamin çatışmazlığından xəbər verir.