Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada seçkilər: ekzit-poll nəticələri açıqlandı

Polşada seçkilər: ekzit-poll nəticələri açıqlandı

Tarix: 16 Oktyabr 2023 07:10

Polşada keçirilən parlament seçkilərində hakim Hüquq və Ədalət Partiyası qalib gəlir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Ipsos" ekzit-poll şirkətinin məlumatında deyilir.

Belə ki, Polşa Seyminə beş siyasi partiya daxil olub: Hüquq və Ədalət (səslərin 36,8%-i), Vətəndaş Koalisiyası (31,6%), Üçüncü Yol (13%), Sol Partiya (8,6%) və Konfederasiya (6,2%).

Seçkilərdə seçicilərin 72,9 faizi iştirak edib. Bu məlumatlara görə, hakim partiya 200, Vətəndaş Koalisiyası 163, Üçüncü Yol 55, Sol Partiya 30 və Konfederasiya 12 mandat əldə edib.

Polşanın Baş naziri Mateuş Moravetski artıq qələbə ilə bağlı Feysbuk səhifəsində paylaşım edib:

"Biz qalib gəldik! Hüquq və Ədalət 2023-cü il parlament seçkilərinin qalibidir! Sağ olun. Yaşasın Polşa!"


Etiketlər:  Polşada seçkilər ekzit poll nəticələri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ