Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zurabişvilinin impiçmentinin başladılmasına icazə verildi

Zurabişvilinin impiçmentinin başladılmasına icazə verildi

Tarix: 16 Oktyabr 2023 15:48

Gürcüstanın Konstitusiya məhkəməsi ölkə Prezidenti Salome Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozduğunu tanıyıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin sədri Merab Turava açıqlayıb.

Onun sözlərinə görə, Konstitusiya məhkəməsinin qərarı Zurabişviliyə qarşı impiçment prosedurunu başlatmağa imkan verəcək. 

Qeyd olunur ki, Gürcüstan parlamenti Konstitusiya məhkəməsinin qərarını təsdiq etməlidir. Bunun üçün isə 100 deputatın səsi tələb olunur. Parlament sözügedən qərarı təsdiqləsə, Prezident Zurabişvili impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılacaq.

Xatırladaq ki, sentyabrın əvvəlində Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib.

Milli.Az


Etiketlər:  Zurabişvilinin impiçmentinin başladılmasına icazə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ