Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İmran Xan edam oluna bilər

İmran Xan edam oluna bilər

Tarix: 16 Oktyabr 2023 22:42

Pakistan hökumətinin keçmiş rəhbəri, Ədalət Uğrunda Hərəkat müxalifət partiyasının sədri İmran Xanın dövlət sirlərini açıqladığı sübut olunarsa, siyasətçi ömürlük həbs və ya ölüm cəzası ilə üzləşə bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu İslamabad Ali Məhkəməsində keçirilən dinləmə zamanı xüsusi dövlət ittihamçısı Raca Rizvan Abbasi deyib.

"İmran Xan şifrlənmiş çox məxfi məlumatları açıqlayıb və "Dövlət sirləri haqqında" qanunun 5-ci maddəsinə əsasən, o, 10 ildən çox müddətə azadlıqdan məhrumetmə, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər", - Abbasi deyib.

Pakistanın dövlət sirrinin pozulması ilə bağlı işlərə baxan Xüsusi Məhkəməsi oktyabrın 17-də Xana qarşı rəsmi ittihamlar irəli sürəcək. Bu işdə təqsirləndirilən digər şəxs isə partiyanın sədr müavini, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşidir.

Milli.Az


Etiketlər:  İmran Xan edam oluna bilər


RƏYLƏR