Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS girov qızın görüntülərini yaydı - VİDEO

HƏMAS girov qızın görüntülərini yaydı - VİDEO

Tarix: 17 Oktyabr 2023 07:34

HƏMAS girov saxladığı 21 yaşlı qızın videosunu yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kadrlarda Mia adlı qız Qəzza zolağında xəstəxanada əməliyyat olunduğunu deyib.

O, çıxışında ona dərmanlar verdiklərini və özünü yaxşı hiss etdiyini desə də, tez bir vaxta girovluqdan azad edilməsini istəyib:

"Xahiş edirəm, məni tez bir zamanda ailəmin yanına aparın...".

Sözügedən görüntüləri təqdim edirik:

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.

Milli.Az


Etiketlər:  HƏMAS girov qızın görüntülərini yaydı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ