Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzadakı xəstəxana ABŞ silahı ilə vurulub?

Qəzzadakı xəstəxana ABŞ silahı ilə vurulub?

Tarix: 18 Oktyabr 2023 15:08

Qəzzadakı xəstəxana güclü Amerika MK-84 hava bombası ilə vurulub. Bu, ABŞ ordusunun ən güclü hava sursatlarından biridir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Yeni Şəfəq" qəzeti məlumat yayıb.

Məlumata görə, MK-84 eni 15 metr və dərinliyi 11 metr olan krater yaratmağa qadirdir, zərərin radiusu isə 300 metrdən çoxdur.

Qeyd edək ki, İsrail xəstəxananın yerində belə bir çuxurun yaranmadığını bildirərək, xəstəxananı vurmadığını bir daha təkrarlayıb.

Milli.Az


Etiketlər:  Qəzzadakı xəstəxana ABŞ silahı ilə vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ