Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərin daha bir havadarı ifşa olundu

Ermənilərin daha bir havadarı ifşa olundu

Tarix: 19 Oktyabr 2023 21:45

Oktyabrın 16-da Norveçin xarici işlər naziri vəzifəsindən istefaya göndərilən Anniken Huitfeldtin adı silah şirkətinin səhmlərinin qanunsuz satışı ilə bağlı qalmaqalda hallanır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, krallığın Baş naziri Yonas Qar Störe onun istefasına haqq qazandırdığını açıqlayıb.

Baş nazir bildirib ki, səhmlərin alqı-satqısı ilə bağlı məsələlər onun işdən çıxarılmasını əsaslandırır.

Anniken Huitfeldt öz növbəsində həyat yoldaşı Ola Petter Flemin "Kongsberg Gruppen" silah şirkətinin səhmlərini qanunsuz olaraq satdığını etiraf edib.

Onun sözlərinə görə, ərinin investisiya fəaliyyətindən xəbəri olmayıb: "Mən qərəzsizlik prinsipinin pozulması ilə bağlı səhvlərə yol verdiyim üçün çox təəssüflənirəm".

Huitfeldt 2021-ci ilin oktyabrında xarici işlər naziri təyin olunub. Qalmaqal onun partiyasının seçki nəticələrinə təsir edib, Leyboristlər sentyabrda sağ mərkəzçi müxalifətin 99 il ərzində ilk dəfə yerli seçkilərdə məğlubiyyətini etiraf edib.

Qeyd edək ki, Anniken Huitfeldt ermənipərəst mövqeyi ilə tanınan siyasətçilərdəndir. Ötən il Ermənistana səfəri zamanı erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşdə Azərbaycan tərəfinə qarşı əsassız ittihamlar sürüb. Həmçinin Qarabağın erməni sakinlərinin 44 günlük Vətən müharibəsindən sonra guya humanitar böhranla üzləşdiyini deyib.

Huitfeldtdən əvvəl ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədri ermənipərəst Bob Menendez səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək istefa verməyə məcbur olub.


Etiketlər:  Ermənilərin daha havadarı ifşa olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ