Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2023 21:48
ABŞ-nin texnologiya şirkəti "Meta" sahibi olduğu feysbuk sosial platformasında İsrail-Fələstin münaqişəsi ilə bağlı zərərli məzmunun yayılması ilə əlaqədar müvəqqəti məhdudlaşdırıcı tədbirlər görəcək.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Meta"nın saytında açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, münaqişə zonasında paylaşılan postlara şərh yazılması məhdudlaşdıra və yalnız dostlar və ya izləyicilər üçün açıq ola bilər.
Meta bildirib ki, bu, yazılardakı təhqiredici şərhlərin görünməsini azaltmaq məqsədi daşıyır.