Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”ın prezidentinin Totti haqda maraqlı etirafı

“Real”ın prezidentinin Totti haqda maraqlı etirafı

Tarix: 20 Oktyabr 2023 16:36

"Roma"nın və İtaliya millisinin sabiq hücumçusu Françesko Totti Madrid "Real"ına olan sevgisinin səbəbini açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, əfsanəvi futbolçu "Kral klubu"nu uşaqlıqdan bəyəndiyini və komandadan ruh aldığını deyib.

Əfsanəvi futbolçu "Real"la bağlı madridlilərin prezidenti Florentina Pereslə də danışdığını etiraf edib: "Bəli, onunla bir neçə dəfə görüşdüm. O, dedi ki, karyerasının yeganə mənfi tərəfi məni "Real"a apara bilməməsidir. Bu onun yeganə zəif nöqtəsi idi".

Qeyd edək ki, karyerası ərzində ancaq "Roma"nın şərəfini qoruyan Totti onlarla İtaliya çempionluğunu (2000/2001 mövsümü), 2 dəfə ölkə kubokunu (2006/2007, 2007/2008) və Superkubokunu (2001, 2007) qazanıb. Veteran hücumçu İtaliya millisi ilə 2006-cı ildə dünya çempionu da olub.

Milli.Az


Etiketlər:  Realın prezidentinin Totti haqda maraqlı etirafı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ