Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gimnastlarımız Avropa çempionatında gümüş medal qazandılar

Gimnastlarımız Avropa çempionatında gümüş medal qazandılar

Tarix: 21 Oktyabr 2023 20:32

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında gümüş medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) çoxnövçülük proqramında ikinci yeri tutublar.

Xatırladaq ki, daha əvvəl yarışda həmin qadın qrumuz templi hərəkət proqramında gümüş medal qazanıb.

Həmçinin bundan əvvəl kişi cütlüyündə çıxış edən Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev balans hərəkətləri proqramında qızıl medal qazanıblar.

Qarışıq cütlükdə çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli templə hərəkət proqramında birinci yeri tutublar.

Qeyd edək ki, akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı oktyabrın 22-də başa çatacaq.


Etiketlər:  Gimnastlarımız Avropa çempionatında gümüş medal qazandılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ