Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Serbiyaya böyük hesabla məğlub oldu

Millimiz Serbiyaya böyük hesabla məğlub oldu

Tarix: 21 Oktyabr 2023 21:42

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, U-17 yığmamız yer aldığı 4-cü qrupda Serbiyanın qonağı olub.

Stara Pazovada keçirilən görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. 1:5 hesabı ilə uduzan komandamızın yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qrupun digər matçında Lüksemburqla Sloveniya (1:1) heç-heçə ediblər.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci qarşılaşmasını oktyabrın 24-də eyni arenada Sloveniyaya qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Millimiz Serbiyaya böyük hesabla məğlub oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ