Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Devid Viktoriyaya onunla xəyanət edibmiş - FOTO

Devid Viktoriyaya onunla xəyanət edibmiş - FOTO

Tarix: 22 Oktyabr 2023 22:10

Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyanı aldatması qalmaqalı səngimək bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda hekayə Bekhemlə bağlı çəkilən sənədli filmdə yer alıb. Devidin məşuqəsi, keçmiş köməkçisi Rebekka Loos idmançı ilə "Real Madrid"də oynayarkən yaxın olduğunu bildirib. 

Orada Rebekka məşhur futbolçunun keçmişindən daha bir detalı açıqlayıb. Məlum olub ki, o, Devidin Viktoriyanı aldatdığı yeganə qız deyil. Loos bildirib ki, 2003-cü ilin sentyabrında Bekhemlə romantikasının ən qızğın vaxtında onunla birlikdə Kriştiano Ronaldonun ad gününə həsr olunmuş ziyafətə gəlib. Onun sözlərinə görə, idmançı bütün axşamı bağçada müəyyən bir ispan modeli ilə flörtlə keçib və sonra cütlük tamamilə yoxa çıxıb.

Bütün bunlardan Viktoriyanın xəbəri olub. Amma o, futbolçunu bağışlayıb. Devid isə olanların onun yox, Rebekkanın günahı olduğunu bildirib. 

Bu hekayə isə sosial şəbəkədə günlərdir müzakirələrə səbəb olub.

Milli.Az


Etiketlər:  Devid Viktoriyaya onunla xəyanət edibmiş FOTO


RƏYLƏR