Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 12:20
HƏMAS bizi aldatdı. Özləri evlərində oturublar, amma bizi burada tək qoydular.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Qəzzanın cənubundakı Əş-Şabur yaşayış məntəqəsindən olan HƏMAS üzvü Muaned Yasir Zeyd Əbu Rizek İsrail xüsusi xidmət orqanlarına verdiyi ifadəsində deyib.
"Tapşırığımız Sufa məntəqəsini nəzarətə götürmək, orda insanları öldürmək idi. HƏMAS rəhbərliyi bizi aldatdı. Onlar Qətərdə, Türkiyədə oturub Əl-Əqsanın, bütün müsəlmanların adından danışırlar. Özləri orda qalıb, bizi isə burada atıblar. HƏMAS liderləri İsmayıl Haniyə, Xalid Meşal hamısı oradadırlar, amma bizim ailələrimiz Qəzzada partlayır", - terrorçu bildirib.