Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“iPhone”larda görmə qabiliyyətini qoruyan funksiya aşkarlandı - FOTO

“iPhone”larda görmə qabiliyyətini qoruyan funksiya aşkarlandı - FOTO

Tarix: 23 Oktyabr 2023 19:52

"iPhone" smartfonlarında görmə qabiliyyətini qorumaq üçün gizli bir funksiya aşkarlanıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, qadcet ekranın üzünüzə nə qədər yaxın olduğunu müəyyən etmək üçün Face ID sensorlarından istifadə edir.

"iPhone"larını iOS 17-ə yeniləyən "Media" və "Apple" istifadəçiləri əvvəllər qeyd olunmayan faydalı xüsusiyyətlə qarşılaşıblar. Həmin funksiyanı aktivləşdirərək gözlərinizi qoruya bilərsiniz. 

Müasir smartfonların əksəriyyəti artıq istifadəçilərin gözlərindəki gərginliyi azaldan "Qaranlıq rejim" və "Gecə rejimi" kimi funksiyalarla təchiz olunub. İndi onlar Face ID-ni dəstəkləyən cihazlar üçün "Ekran məsafəsi" seçimini əlavə ediblər.

O, istifadəçinin gözləri ilə displey arasındakı məsafəni müəyyən etmək üçün selfi kamerası və digər "iPhone" sensorlarından istifadə edir. Cihaz bir neçə dəqiqə ərzində gözlərinizə 30 sm-dən yaxın olarsa, ekranda mesaj görünür.

Yeni funksiyanın məqsədi smartfonun ekranını gözə çox yaxın tutmaq vərdişinin qarşısını almaq və bununla da gözün yorulma ehtimalını azaltmaqdır.

"Apple" həmçinin hesab edir ki, bu, uşaqlarda erkən yaşlarından öz cihazlarını daha təhlükəsiz məsafədə saxlamaq vərdişini inkişaf etdirəcək və yaxındangörmə qabiliyyətinin inkişafının qarşısını almağa kömək edəcək.

Bəs, yeni funksiyanı necə aktivləşdirmək olar? 

"Ekran məsafəsi" funksiyasını aktivləşdirmək üçün əvvəlcə Parametrləri açın, sonra "Ekran vaxtı" bölməsinə keçin. Daha sonra "Ekran məsafəsi"ni tapın və açarı yandırın.

Bu xüsusiyyət "iPhone X" və ya daha yeni versiyalarda iOS 17 və ya "iPad Pro 11" və ya daha yeni iPadOS 17 ilə işləyir.

Milli.Az


Etiketlər:  iPhonelarda görmə qabiliyyətini qoruyan funksiya aşkarlandı FOTO


RƏYLƏR