Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miokard infarktı nədir?

Miokard infarktı nədir?

Tarix: 24 Oktyabr 2023 04:18

Maraqlıdır, görəsən, miokard infarktı nədir?

Milli.Az lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Mədinə Əzimova bildirib ki, miokard infarktı ürək əzələsinin işemik nekrozudur və qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. 

Onun sözlərinə görə, bu zaman ürək əzələsinin müəyyən bir nahiyəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin məhvi baş verir:

"Bir çox hallarda miokard infarktının baş verməsinin səbəbi koronar arteriyaların aterosklerozudur. Lakin 5-25 % hallarda koronar arteriyaların emboliyası (infeksion endokardit, mədəcikdaxili tromb), digər xəstəliklər zamanı damarların zədələnməsi (qırmızı qurdeşənəyi, revmatizm, revmatoid artrit nəticəsində əmələ gələn koronaritlər), tac damarların anadangəlmə defektləri və s. səbəbdən də miokardın infarktı baş verə bilər. Burada ən çox rast gəlinən qeyri-obstruktiv koronar arteriya xəstəliyi nəticəsində baş verən miokard infarktıdır".

Milli.Az


Etiketlər:  Miokard infarktı nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ