Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə siqaret çəkməyənlərə əlavə istirahət günü verilə bilər

Bu ölkədə siqaret çəkməyənlərə əlavə istirahət günü verilə bilər

Tarix: 24 Oktyabr 2023 07:46

Dövlət Dumasına siqaret çəkməyən ruslara ayda əlavə istirahət gününün verilməsi təşəbbüsü daxil olub. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki,ideyanın müəllifi deputat Sultan Həmzəyevdir.

Deputat siqaret çəkməyənlərə əlavə istirahət gününün verilməsini, həmçinin onların idman və bədən tərbiyəsi xərclərinin ödənilməsini təklif edib. O, müraciətini Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkoya göndərib.

Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi təklif edilir. Deputat əmindir ki, bu yeniliklər siqaret çəkməyən işçiləri həvəsləndirəcək, başqalarına isə bu vərdişdən əl çəkməyə kömək edəcək.

Səhiyyə Nazirliyindən hələlik heç bir şərh verilməyib.


Etiketlər:  ölkədə siqaret çəkməyənlərə əlavə istirahət günü verilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ