Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu tarixdə yanacaq qıtlığı yaşanacaq

Bu tarixdə yanacaq qıtlığı yaşanacaq

Tarix: 25 Oktyabr 2023 07:32

Çin iqtisadiyyatının inkişafındakı ləngimə enerji bazarlarına əhəmiyyətli təsir göstərəcək, bütün növ qalıq yanacaqlara tələbat pik həddə çatacaq, sonra isə azalmağa başlayacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 2030-cu ilə qədər proqnozunda deyilir.

Agentlik ilk dəfədir, belə proqnoz verir. Təşkilat hesab edir ki, tələbin azalması aşağı artım templərinin və 2022-ci ilin enerji böhranının nəticəsi olacaq.

Son on ildə Çin qlobal iqtisadiyyatın 1/3-dən çoxunu, eləcə də dünya üzrə neft istehlakı artımının üçdə ikisini və qaz istehlakı artımının üçdə birini Çinin payına düşür. Amma indi iqtisadiyyatın inkişafı yubanır: artım 2030-cu ilə qədər ildə 4%-i keçməyəcək, beləliklə, ölkədə ümumi enerji tələbatı 2025-ci ildə - təmiz enerjidən istifadənin genişlənməsindən sonra ən yüksək həddə çatacaq. Ortamüddətli artım templərinin daha bir faiz bəndi azalması neft idxalının 5%, LNG idxalının isə 20% azalmasına səbəb olacaq.

Neftə tələbat son onilliklərdə ilk növbədə nəqliyyat hesabına artıb. O cümlədən 20 il ərzində gündəlik 18 milyon barel artıb və hazırda təqribən 100 milyon barel təşkil edir, nəqliyyat sektoru neft istehlakının 45%-ni təmin edir. Amma bu il satışın payı satışların yarısını təşkil edən Çin və inkişaf etmiş ölkələr tərəfindən idarə olunan elektrik avtomobillərinin 18%-ə çatacağı gözlənilir.

İEA-nın proqnozuna görə, onilliyin sonuna qədər nəqliyyat neft istehlakında artım mənbəyi olmaqdan çıxacaq. Bununla belə, neft-kimya, hava nəqliyyatı və dəniz daşımalarında tələb artmağa davam edəcək.

Milli.Az


Etiketlər:  Bu tarixdə yanacaq qıtlığı yaşanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ