Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki dost kral ailəsinin arası HƏMAS-İsrail savaşına görə pozuldu

İki dost kral ailəsinin arası HƏMAS-İsrail savaşına görə pozuldu

Tarix: 26 Oktyabr 2023 15:36

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan və İsrail qeyri-mütənasib güc tətbiq etməsi son illərdə yaxın münasibət quran İngiltərə və İordaniya kral ailələrini də qarşı-qarşıya qoyub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, uşaq ikən İordaniyada yaşayan və şahzadə Uilyamla evləndikdən sonra İordaniya kral ailəsi ilə yaxın münasibət quran Britaniya şahzadəsi Keyt Middlton (41 yaş) ilə İordaniya kraliçası Raniya (53) HƏMAS-İsrail müharibəsinə görə üz-üzə gəlib. İordaniya kraliçası Raniya ötən gün CNN telekanalında çıxış edərək fələstinliləri müdafiə edib.

Küveytdə fələstinli bir ailədə dünyaya göz açan kraliça Raniya ərəb ölkələrinin Fələstində törədilən hadisələrə səssiz qalmasına və Qərb ölkələrinin ikiüzlülüyünə reaksiya verib. "Biz modern silahlarla kütləvi qətllərin şahidi oluruq", - kraliça Raniya deyib.

Keyt və Uilyam isə oktyabrın 7-də baş verən hücumdan sonra  İsrailə qahmar çıxaraq deyiblər: "HƏMAS-ın İsrailə qarşı terror hücumlarının törətdiyi cinayət qorxuncdur. Biz bu hücumları ən sərt şəkildə qınayırıq".

Almaniyanın ən çox oxunan qəzetlərindən olan "Bild" Keyt və Uilyiamın bu açıqlama ilə İsrailin tərəfini tutduqlarını yazarkən, cütlüyün iyun ayında Raniyanın oğlu Hüseynin toyunda iştirak etdiyini də xatırladıb. "Bild" yazıb: "Keyt və Raniya həmin toyda çox yaxşı anlaşırdılar. Amma deyəsən, bu, bir daha təkrarlanmayacaq".


Etiketlər:  İki dost kral ailəsinin arası HƏMAS İsrail savaşına görə pozuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ