Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2023 19:48
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan normallaşması üzrə vasitəçiliyi davam etdirmək niyyətində olduğunu bəyan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən sammitdən sonra bəyan edib.
Şarl Mişelin sözlərinə görə, Aİ liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər, ölkələrin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqdirlər.