Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 23:44
ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens seçki yarışında iştirakını dayandırdığını elan edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki,bu barədə o, Respublikaçılar Konfransında çıxış edərəkən məlumat verib.
"Mən bu gündən prezidentliyə namizədliyimi dayandırmaq qərarına gəldim", - Pens deyib.
Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.