Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pankreatit xəstəliyində PƏHRİZ - 6 gün ac qalmalı

Pankreatit xəstəliyində PƏHRİZ - 6 gün ac qalmalı

Tarix: 29 Oktyabr 2023 03:33

Mədəaltı vəzin iltihabi xəstəliyi olan pankreatit zamanı ciddi pəhriz saxlanmaldır. Xüsusi pəhrizdən öncə orqana dinclik vermək mütləqdir.

Ona görə də 5-6 gün aclıq pəhrizi saxlanılır. Pasiyent yalnız ilıq su içməlidir. Suyu da kiçik qurtumlarla içmək lazımdır. Mədəaltı vəzin bu müddət ərzində sakit qalması onun toparlanmasına yardım edir.

Sonxeber.net medicina.az-a istinadən pankreatit xəstələri üçün pəhrizi təqdim edir:

- Duzlu, acı, turş, yağlı, qızartma, közdə bişmə, tünd, isti qidalar olmaz
- Şoraba, marinad, sous unudun
- Çox soyuq , çox isti olmaz
- Qazlı mineral su olmaz
- Duz çox az olmalıdır

- Qida duru, həlim, yüngül isti olmalıdır
- Tərəvəzlər sürtgəcdən keçirilib yeməklərə qatılmalıdır
- Manna,düyü, qarabaşaq, yulaf sıyıqları nəinki səhər, gün ərzində də yeyə bilərsiz
- Yağsız ət, balıq çəkilmiş farş şəklində suda və buxarda bişməli
- Təzə kəsmik, qatıq olar

- Təzə çörək olmaz: ancaq suxarı və bayat çörək yeməlisiz
- Şirniyyat, tort, şokolad, konfet olmaz- bal, doşab, zefir olar
- Banan, giləmeyvə olar

- Alma bişirilib yeyilməlidir
- Kisel, kəmşirin ilıq çay olar
- Süd olmaz

- Gündə az az 4-5-6 dəfə yemək lazımdır
- Kofe, kakao olmaz
- Paxlalılar, mərci, lobya, noxud olmaz
- Alkoqol, spirtli içki, pivə olmaz

Pankreatit ciddi xəstəlikdir, vaxtında müalicə olunmasa, insan xəstəxanaya düşür və əməliyyat oluna bilər.


Etiketlər:  Pankreatit xəstəliyində PƏHRİZ gün qalmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ