Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın hədəfləri VURULDU: 900 hərbçi TƏCİLİ hərəkətə keçdi

İranın hədəfləri VURULDU: 900 hərbçi TƏCİLİ hərəkətə keçdi

Tarix: 29 Oktyabr 2023 13:16

ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə hücumlar səbəbindən İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb.

Ostin hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirib: "Bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırırıq".

Qeyd edək ki,  Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi.

Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 hərbçi yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada bildirilib ki, Bayden İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar edib.

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım və partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər.


Etiketlər:  İranın hədəfləri VURULDU hərbçi TƏCİLİ hərəkətə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ