Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda insan kimi davranan robot satışa çıxarıldı - Maşın qiymətinə satılır - FOTO

Azərbaycanda insan kimi davranan robot satışa çıxarıldı - Maşın qiymətinə satılır - FOTO

Tarix: 29 Oktyabr 2023 23:16

Azərbaycanda 15 dildə danışan robot - humanoid satışa çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Pepper" dünyanın ən qabaqcıl və məşhur humanoid (insani) robotudur. Bakıda bir dənədir!

Humanoid bütün suallara cavab verir, rəqs edir, "Python" və "Android" proqramlarında proqramlaşdırma üçün uyğundur, əsl insan kimi davranır. Boyu 125 santimetrdir. Humanoidi satışa çıxaran şəxs onu 20 min manata təklif edir.

Humanoidin spesifikasiyası belədir:

- 22 (DOF) dərəcə sərbəstlik

- Nitqin tanınması və 15 dildə dialoq 

- Onunla danışan insanı tanımaq və onunla qarşılıqlı əlaqə yaratmaq üçün qavrayış modulları

- Multimodal qarşılıqlı əlaqə üçün sensorlar, LED-lər və mikrofonlar

- İnfraqırmızı sensorlar, bamperlər, inertial qurğu, 2D və 3D kameralar və hər yönlü, avtonom naviqasiya üçün sonarlar

- Açıq və tam proqramlaşdırıla bilən platforma.

Humanoid dünyanın ən məşhur şirkətlərindən biri "Aldebaran France" tərəfindən hazırlanıb. Yaponiya və Fransa istehsalıdır.

Artıq insanabənzər robotlar evimizə ayaq açır. Bu isə yeni dövrün başlanğıcı deməkdir.

Milli.Az


Etiketlər:  Azərbaycanda insan kimi davranan robot satışa çıxarıldı Maşın qiymətinə satılır FOTO


RƏYLƏR