Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

31 milyon izləyicisi olan aktrisa “ödənişli rejim”ə keçdi - FOTOLAR

31 milyon izləyicisi olan aktrisa “ödənişli rejim”ə keçdi - FOTOLAR

Tarix: 30 Oktyabr 2023 20:00

Bir müddətdir, türk iş adamı ilə sevgili olan aktrisa Hande Erçel izləyicilərini xərcə salacaq.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, oynadığı rollar və şəxsi həyatı ilə tez-tez gündəmə gələn və 31 milyon izləyicisi olan aktrisa "Instagram"ın da aktiv istifadəçisidir.

Məlumata görə, o, artıq öz səhifəsində fotolarını abunəçilərə özəl qaydada paylaşacaq. Bu isə o deməkdir ki, aktrisanın özəl paylaşımlarını görmək istəyənlər 32.99 lirə (təxminən 2 AZN) ödəməli olacaq.

Qeyd edək ki, daha öncə "Instagram" fenomenı olan Şeyma Subaşı "ödənişli rejim"ə keçib. Onun paylaşımlarının abunə məbləği isə 119.99 lirə(təxminən 8 AZN) təşkil edir.

Milli.Az


Etiketlər:  31 milyon izləyicisi olan aktrisa ödənişli rejimə keçdi FOTOLAR


RƏYLƏR