Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paşinyandan Bakı və Ankaraya mesaj – “Bu il olmasa da, gələn il...”

Paşinyandan Bakı və Ankaraya mesaj – “Bu il olmasa da, gələn il...”

Tarix: 30 Oktyabr 2023 21:15

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn il imzalana bilər".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağına, Türkiyə ilə sərhədlərin açılacağına və bölgə ölkələri arasında kommunikasiya xətlərinin işə düşəcəyinə inandığına dair fikirlər səsləndirib.

Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir. Əslində Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur. Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət təhlükə deyil. Bütövlükdə mexanizm işə düşüb, bu il olmasa da, gələn il ərzində Ermənistan baş naziri sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir", - ekspert bildirib.

Milli.Az


Etiketlər:  Paşinyandan Bakı Ankaraya mesaj Bu il olmasa da gələn il


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ