Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyadan Azərbaycana ayaq açan MÜALİCƏVİ MEYVƏ

Braziliyadan Azərbaycana ayaq açan MÜALİCƏVİ MEYVƏ

Tarix: 1 Noyabr 2023 08:24

Braziliyalı alim tərəfindən çox maraqlı şəkildə kəşf edilən subtropik feyxoa meyvəsi olduqca faydalı və müalicəvi xüsusiyyətlərə malikdir.

İlk dəfə alim və seleksioner Silva Feyxo tərəfindən araşdırılan meyvə qeyri-adi görünüşü və tərkibi ilə məşhurlaşmışdır. Silva Feyxo onun tərkibini, faydalılığını, müalicəvi keyfiyyətlərini müəyyənləşdirərək onu gündəlik qidalanma rasionuna əlavə etmişdir. Meyvənin adı isə göründüyü kimi alimin şərəfinə - feyxoa adlandırılmışdır.

Sonxeber.net Publika.az-a istinadən sizə bu meyvənin maraqlı xüsusiyyətlərini təqdim edir:

Vətəni Braziliya olan bu subtropik meyvə - feyxoa çox az ölkədə yetişir. Azərbaycan da həmin ölkələrdən biridir. Mütəxəssislər Azərbaycanda feyxoanın yetişdirilməsi üçün şəraitin olduğunu və həmin meyvələrin insan orqanizminə lazımlı vitaminlər ötürdüyünü bildiriblər.

Feyxoanın tərkibi:

- Dəniz məhsulları qədər tərkibində yodla zəngin feyxoa meyvəsi orqanizmin normal fəaliyyətini tənzimləyir. Feyxoa orqanizmdə qalxanvari vəz hormonlarını qidalandırır. Məhz bu səbəbdən yod çatışmazlığının qarşısını almaq üçün bu meyvədən müntəzəm istifadə etmək məsləhətdir.

- Feyxoanın tərkibi kaliumla zəngindir. Kalium isə ürək fəaliyyəti üçün mühüm minerallardan biridir. Müntəzəm olaraq feyxoa ilə qidalanan insanların ürək əzələləri sağlam, ürək fəaliyyəti normal olur.

- Feyxoanın tərkibi C və PP vitaminləri ilə zəngindir. Bu isə damarlarda qan dövranını sürətləndirir, laxtalanmanın miqdarını azaldır.

- Feyxoanın qabığında olan katexin və leykoantosian maddələr insan orqanizmində güclü antioksidant təsiri yaradır. Birinci növbədə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.

- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edilən feyxoa pektin və qidalı liflərlə zəngindir. Mədədə yaranan əlavə turşuluğun qarşısını alır.

-Yüksək təzyiqdən əziyyət çəkən insanlar feyxoa yeməyə üstünlük versin. Meyvənin tərkibi yüksək təzyiqi aşağı salaraq maddələr mübadiləsini normallaşdırır.

- Təbii antibiotik effekti yaradan feyxoa həm də iltihab proseslərinin qarşısını alır. Virus və infeksiyaların qarşısını alır. İmmun sistemini gücləndirir. Bu səbəbdən feyxoanı soyuq fəsillərdə soyuqdəymədən müdafiə olunmaq məqsədilə yemək tövsiyyə olunur.

- Feyxoa mürəbbəsi də soyuqdəymə əleyhinə istifadə olunan təbii müalicə üsullarından biridir. Lakin mütəxəssislər meyvənin təzə-təzə istehlak edilməsini məsləhət görürlər.


Etiketlər:  Braziliyadan Azərbaycana ayaq açan MÜALİCƏVİ MEYVƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ