Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail etiraf etdi: Ağır bədəl ödəyirik!

İsrail etiraf etdi: Ağır bədəl ödəyirik!

Tarix: 1 Noyabr 2023 12:04

İsrail ordusu Qəzza zolağında quru əməliyyatı zamanı əhəmiyyətli uğurlar əldə edib, lakin bunun üçün ağır bədəl ödəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

"Qəzzada fəaliyyət göstərən qüvvələrə qarşı döyüşlər davam edir və döyüş meydanında əldə olunan nəticələr və nailiyyətlər çox yüksəkdir. Təəssüf ki, müharibənin də bədəli var və ötən günün bədəli yüksək olub. Buna baxmayaraq, biz davam etmək və qalib gəlmək əzmindəyik" , - Qallant qeyd edib.

Qeyd edək ki, İsrail ordusunun mətbuat xidməti bu gün axşam saatlarında Qəzza zolağında gedən döyüşlərdə iki İsrail əsgərinin həlak olduğunu, daha ikisinin isə yaralandığını açıqlamışdı.

Milli.Az


Etiketlər:  İsrail etiraf etdi Ağır bədəl ödəyirik


RƏYLƏR