Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağızdan qoxu, əsəb, baş ağrısı - Orqanizmin susuzlaşmasının 15 əlaməti

Ağızdan qoxu, əsəb, baş ağrısı - Orqanizmin susuzlaşmasının 15 əlaməti

Tarix: 2 Noyabr 2023 07:09

Araşdırmalar göstərib ki, 60% insan gün ərzində cəmi 1-2 stəkan təmiz su içə bilir. Qalan halda çay, qəhvə, şirələri maye kimi qəbul edir.

Sonxeber.net xəbər verir ki, orqanizmin susuzlaşması ciddi xəstəliklərə səbəb olur. Əgər bədən kütləsinin 5% qədər su itkisi olarsa, bu susuzlaşmadır. 15 % qədər olarsa bu artıq ölüm deməkdir.

Bədəndə ciddi su itkisi və susuzlaşmanı vaxtında bilmək üçün bu 15 əlamətə diqqət edin.

Əgər sizdə 5-7 əlamət varsa, orqanizmdə maye defisiti var.

1. Daim aclıq hissi

Yemək yediyinizə baxmayaraq, elə aclıq hissi keçirmək, maye çatışmazlığı əlamətidir. Bu halda bir stəkan su içsəniz, toxluq yaranacaq.

2. Gözlərin ətrafında kölgə, tünd dairələr

3. Ağızda, boğazda quruluq, yanma hissi

4. Zəifləmiş immunitet, tez-tez xəstələnmək, gec sağalmaq

5. Dərinin quruması, qabıqlanması, rənginin solması, çatlaması, kəpək

6. Yorğunluq, halsızlıq, gücsüzlük

7. Baş ağrısı, baş hərlənmə, sanki yerində səntələmə - Bəzən miqrenin də səbəbi kimi susuzlaşma göstərilir

8. Oynaq, sümük, qığırdaq ağrıları, quruma, xırçıltı səsi

9. Gözlərdə qum, toz batma hissi, quruluq, yanma

10. Qəbizlik, sidik ifrazının azalması, pozulması

11. Ürəkdə ritm pozulması, taxikardiya

12. Ağızdan pis qoxu, ərp

13. Tünd və qəhvəyi rəngdə sidik

14. Dodaqların kənarında çat, qabıq

15. Əsəb, sinir sisteminin çökməsi, yuxusuzluq, qıcıqlanma, depressiya

Gördüyünüz kimi, orqanizm sadəcə bir suyun çatmamasına necə reaksiya verir. İllərlə bu simptomları iqnor etdikdə, bunlar artıq siqnal yox, ciddi xəstəliyə çevrilir və onu çox su içməklə belə bərpa edə bilməyəcəksiz. /medicina.az


Etiketlər:  Ağızdan qoxu əsəb baş ağrısı Orqanizmin susuzlaşmasının əlaməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ